Oyun satmaqda günahlandırılan azərbaycanlı futbolçudan etiraf: ""Nefçi"yə keçmək üçün..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün həbsiylə bağlı xəbər yayılan tanınmış futbolçu Mirhüseyn Seyidov ölkə.az-ın suallarını cavablandırıb.
Milli.Az həmin müsahibəni təqdim edir:
Qeyd edək ki, Seyidovla yanaşı, Nizami Hacıyevin də adı oyun alqı-satqısında hallandığı üçün saxlanıldığı bildirilirdi.
- Dünən komanda yoldaşınız Nizami Hacıyevin və sizin həbs olunmağınızla bağlı xəbər yayılmışdı.
- Bizi polis saxlamamışdı. Komandada problem yaranmışdı. Guya biz 5-6 oyundur oynamırıq. Əsasən də, "Neftçi"ylə oyuna görə narahatlıq var idi. Mən 6-7 il "Neftçi"nin oyunçusu olmuşam, o klubun yetirməsiyəm. "Neftçi" ilə oyunda ürəyim keçmiş komandamda olduğuna görə zəif çıxış etmişəm. Mənim qışda "Neftçi"yə keçmək söhbətim var idi. Özümüz qəsdən zəif çıxış etmişik, ürəyim bir növ ora üçün yanır. Amma mərc kontorlarına pul qoymağımızla bağlı yayılan xəbərlər tamamilə yalandır. Düzdür, səhv etmişik. "Keşlə" komandasına qarşı nankorluq etmişəm. Amma futboldur, hər şey ola bilər.
- Deməli, mərc kontorlarına pul qoymamısınız, amma "Neftçi" ilə oyunda qəsdən zəif çıxış etmisiniz?
- Bəli. Bir az vicdan əzabı çəkirəm. Bu da "Neftçi"yə olan istəyimizdən yaranıb. Nizami Hacıyev orayla müqavilə bağlamışdı. Demək olar ki, müqaviləsi hazır idi. Mənə də demişdilər ki, qışda gələrsən. Etdiyim işdən peşmanam. Buna görə "Keşlə"nin, AFFA-nın rəhbərliyindən, azarkeşlərdən üzr istəyirəm ki, səhv addım atmışam. Bu addımı "Neftçi"yə keçmək üçün atmışam.
- Bir gün ərzində harada saxlanılırdınız?
- Saxlanılmamışdıq, sadəcə, telefonlarımıza zəng çatmadığına görə hamı narahat olub.
- Bəs harada idiniz?
- Uyğun bir yerdəydik. Orada dostlarımız da var idi. Sadəcə, kontor məsələsinə görə izahat yazmalı idik.
- İzahatı kim üçün yazırdınız?
- Klub rəhbərliyi üçün izahat yazırdıq. Onlar da bizim səhvimizi başa düşdülər. Kluba qarşı haqsızlıq etmişik. Digər oyunlarda ürəklə çıxış etmişik. Həm də kimsə deyə bilməz ki, sən hansısa mərc oyununa pul qoymusan. Heç elə şeylərdən başım çıxmır.
- "Keşlə" sizinlə müqaviləyə xitam verib...
- Yəqin ki, yaxın günlərdə federasiya özü qərar verəcək.
- Karyeranızı "Keşlə"də davam etdirmək istəyirsiniz, yoxsa "Neftçi"yə keçmək fikriniz var?
- O qalıb Allaha. Əsas odur ki, səhvimizi başa düşmüşük. İnşallah, AFFA rəhbərliyi bizi nəzərə alar.
- Sizcə, bu hadisələrdən sonra çempionatımızda çıxış edən hansı komanda sizi heyətinə qəbul edər?
- Bunu gələcək göstərəcək. Bu məsələdə çox dostlar yanımızda oldu. Hər kəsin çətinliyi ola bilər. Həyatda elə qardaşlar, dostlar qazanmışıq ki, səhv addım atsam da, böyük problemlərə başımı soxmamışam. Əgər buradan təklif olmasa, ölkədən kənarda çıxış edərəm. Əsas odur ki, adım təmizə çıxsın. Oynamasam da, acından ölməyəcəyəm. Bir işlə məşğul olacağıq.
- Sizə qarşı zor tətbiq edildiyi barədə məlumatlar yayılmışdı...
- Çox şükür, evimdəyəm. Bu gün cümədir. Sizin də cüməniz mübarək. Evdən çıxıb məscidə gedəcəyəm. Şayiələr çoxdur. Amma şükür ki, evimizdəyik. Həyat davam edir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik
-
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur
-
“Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
XƏBƏR LENTİ
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva
-
"Qarabağ" Julio Romaonu qaytarmaq istəyir
-
Vəfat edən DSX əsgərinin fotosu - Yenilənib
-
Səhiyyə nazirinə yeni müşaviri təyin edildi
-
“Sabah” La Liqa səviyyəsində komandadır” - Hansi Flik





