İdman

“Kəpəz”in yeni baş məşqçisi komandaya təqdim edildi

21 Noyabr 2017 18:36
0 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kəpəz"in yeni baş məşqçisi Yunis Hüseynov Bakıda komanda üzvlərinə təqdim olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, məşq prosesindən öncə keçirilən iclasda klubun icraçı direktoru Elnur Camalxanov baş verən dəyişikliklərdən bəhs edib. Daha sonra Hüseynovu komanda üzvlərinə təqdim edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Klub rəsmisi təcrübəli məşqçiyə inandıqlarını və onun "Kəpəz"i düşdüyü çətin vəziyyətdən çıxaracağına ümid etdiklərini bildirib.

Baş məşqçi postuna təyinat alan Yunis Hüseynov isə çıxışında klub rəhbərliyinə etimada görə təşəkkürünü çatdırıb. O, komandanın hazırkı durumundan danışaraq səylə çalışmalı olduqlarını vurğulayıb. Hüseynov futbolçular, məşqçilər korpusu, texniki heyət, klub rəhbərliyi və azarkeşlərin birgə səyi nəticəsində bu vəziyyətdən çıxa biləcəklərinə inamını ifadə edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.