"Prosineçki Azərbaycan milli komandasında yaxşı işlər görüb"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Robert Prosineçki Azərbaycan milli komandasında yaxşı işlər görüb. Son tsikldə əldə olunan 10 xal yüksək nəticədir".
Milli.Az xəbər verir ki, bunu Report-a açıqlamasında "Bakı" klubunun sabiq baş məşqçisi Milinko Pantiç Robert Prosineçkinin Azərbaycan yığmasındakı işini dəyərləndirərkən deyib.
51 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan Premyer Liqasında əvvəlki rəqabətin azaldığı və cəmi 8 komandanın qaldığı bir şəraitdə Prosineçki 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində rekord nəticə göstərib. O, yaxşı futbolçu və yaxşı insan kimi dəyərləndirdiyi xorvatiyalı həmkarının gördüyü işin göz qabağında olduğunu da əlavə edib.
Vaxtıilə Prosineçkiyə qarşı oynadığını da xatırladan Pantiç futbolçu qismində 1996-cı ildə İspaniya Kubokunun final matçında üz-üzə gəldiklərini söyləyib: "Həmin vaxt Prosineçki "Barselona"da, mən isə "Atletiko"da çıxış edirdim. Həlledici görüşdə 1:0 hesabı ilə qalib gəldik. Oyunda yeganə qolu da mən vurdum".
Qeyd edək ki, Robert Prosineçki 1996-cı il aprelin 10-da Saraqosa şəhərində "Romareda" stadionunda baş tutan qarşılaşmanın 75-ci dəqiqəsində Luiş Fiqunu əvəzləyib. Start heyətində yer alan Milinko Pantiç isə 41-ci dəqiqədə sarı vərəqə alsa da, 102-ci dəqiqədə qələbə qolunu vurmağa müvəffəq olub. Bu qarşılaşmada hazırda "Atletiko"nun formasını geyinən Dieqo Simeone də xorvatiyalı mütəxəssisə qarşı çıxış edib. Pantiç 2013/2014 mövsümündə "Bakı"ya rəhbərlik edib. O, Çempionlar Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"ın qonağı olacaq İspaniya "Atletiko"sunun veteran futbolçusu qismində Bakıya gəlib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Anar Hacıyev “Qarabağ”dakı vəzifəsindən ayrıldı
-
Zeedorfun yeni iş yeri bəlli oldu
XƏBƏR LENTİ
-
"Kişi qadından ancaq namus üstə boşanar" - Hüseyn Məhəmmədoğlu
-
Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
-
Sabah Nizami rayonunda qaz kəsiləcək
-
Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb
-
Səbaildə 2 gün su olmayacaq - Xəbərdarlıq
-
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
-
Azərbaycan güləşçiləri Rusiyada beynəlxalq turnirdə qızıl medal qazanıblar
-
Vüsal Nəsirli federasiya prezidenti oldu
-
Abbas Muxtarzadəyə vəzifə verildi
-
"Dünyanın ən yaraşıqlı kişisi" türk oldu - (Foto)
-
"Süni narazılıq görüntüsü yaradılır" – Media və Yayım Şurası vətəndaşlara və mediaya çağırış etdi
-
Yalçın Uğur ARB TV ilə yollarını ayırdı - yeni kanalı
-
"Kəpəz" 21 yaşlı bombardiri heyətinə qatır
-
Vahid məktəbli forması ətrafında yaradılan süni ajiotaj - (Video)
-
Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
-
“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Sabunçuda psixotrop maddə qəbul edən şagirddən məktəbdə qorxunc əməl
-
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib - (Foto/Video)
-
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
-
Məktəblərdə vahid geyim qaydaları: dünyəvi təhsil, dövlətçilik və milli maraqlar
-
Azərbaycana gələn turistlərin xərcləri 16 %-ə yaxın azalıb
-
Röyanın həmkarına təyyarədə sözləri diqqət çəkdi: "Səni kluba aparacaqdım" - (Video)
-
Paltaryuyan maşında problem tapılmırsa, səbəb nə ola bilər?
-
Nəfəsin bu görüntüsü tənqid edildi - (Video)





