İdman

"Qarabağ" "Çelsi"yə böyük hesabla uduzdu - YENİLƏNİB - VİDEO - FOTO

13 Sentyabr 2017 00:42
87 Şərh     Baxış: 14 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:42

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok matçını keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxıb.

Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşib. C qrupunda mübarizə aparan "Qarabağ" I turda "Çelsi" ilə üz-üzə gəlib.

Görüş Londonun məşhur "Stemford Bric" stadionunda baş tutub. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar "Tottenhem"lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. "Qarabağ" Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.

İngilislərə qarşı bu oyun da uğursuzluqla yadda qalıb. "Ağdamlılar" ilk matçında 0:6 hesablı məğlubiyyətə üzülüb. 

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

"Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 6:0

Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56, Bokayako, 71, Batşuay, 76, Medvedev, 82 (öz qapısına)

Videonu izləmək üçün şəklə klikləyin:

Baş hakim: Anastasios Sidiropulos

Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Malzinskas (Litva) 
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

London. "Stemford Bric" stadionu

"Çelsi": 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 11. Pedro Rodrigez, 21. David Zappakosta, 22. Villian, 23. Miki Batşuay, 24. Qari Keyhil, 27. Andreas Kristiansen, 28. Sezar Azpilikueta

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2. Antonio Rüdiger, 9. Alvaro Morata, 10. Eden Azar, 14. Timo Bokayko, 15. Viktor Moses, 30. David Luiz

Baş məşqçi: Antonio Konte

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunusi, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszad, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

00:30

"Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 6:0 (İkinci hissə)
Qol:
 Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuay, 76, 82

00:23

22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 5:0 (İkinci hissə)
Qol:
 Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuay, 76

00:13

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur


22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 4:0 (İkinci hissə)
Qol:
 Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71
Baş hakim: Anastasios Sidiropoulos 
Yan xətt hakimləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə yardımçı hakimlər: Xaralambos Kalogeropoulos, Alexandros Aretopoulos 
Dördüncü hakim: Damianos Efthimiadis (Hamısı Yunanıstan)

00:04

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

"Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 3:0

Qollar: Pedro, 5, Zappakosta, 30, Azpilikueta, 56

12.09.2017

23:38

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

"Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 2:0

Qollar: Pedro, 5, Zappakosta, 30

Baş hakim: Anastasios Sidiropulos

Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Malzinskas (Litva) 
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

London. "Stemford Bric" stadionu

23:18

Matçın 30-cu dəqiqəsində "Qarabağ"ı əks-hücumda yaxalayan "Çelsi" komandası hesab arasındakı fərqi artırıb. "Qarabağ" komandasının sol cinahından təşkil olunan sürətli hücumda İbrahim Şehiçin irəli çıxdığını görən David Zappakosta uzaq məsafədən dəqiq zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

"Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 2:0

Qollar: Pedro, 5, Zappakosta, 30

22:58

Matçın 6-cı dəqiqəsində "Çelsi" komandası erkən qolla oyunda hesabı açıb. Pedro Rodriguez dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb - 1:0.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

"Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 1:0

Qol: Pedro, 5

22:46

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

"Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan) - 0:0

Baş hakim: Anastasios Sidiropulos

Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Malzinskas (Litva) 
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

London. "Stemford Bric" stadionu

22:19

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Anastasios Sidiropulos

Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Malzinskas (Litva) 
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

London. "Stemford Bric" stadionu

"Çelsi": 13. Tibo Kurtua, 3. Markos Alonso, 4. Sesk Fabreqas, 7. Nqolo Kante, 11. Pedro Rodrigez, 21. David Zappakosta, 22. Villian, 23. Miki Batşuay, 24. Qari Keyhil, 27. Andreas Kristiansen, 28. Sezar Azpilikueta

Ehtiyat oyunçular: 1. Villi Kabalyero, 2. Antonio Rüdiger, 9. Alvaro Morata, 10. Eden Azar, 14. Timo Bokayko, 15. Viktor Moses, 30. David Luiz

Baş məşqçi: Antonio Konte

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 18. Tarik Elyunusi, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszad, 91. Coşqun Diniyev

Baş məşqçi: Qurban Qurbanov

21:02

Bu gün Çempionlar Liqasının 2017/18 mövsümünün qrup mərhələsinə start veriləcək.

Azərbaycan futbolu tarixində ilk dəfə bu turnirdə iştirak edəcək "Qarabağ" Londonda "Çelsi"nin qonağı olacaq.

Rəqib bir illik fasilədən sonra qitənin ən nüfuzlu klub turnirinə qayıdıb. Bu mövsümdə ÇL-in əsas favoritlərindən hesab olunan "zadəganlar" doğma azarkeşləri önündə liqaya inamla start vermək niyyətindədi. Antonio Konteni düşündürən əsas məsələ isə sıx oyun qrafikidi. "Qarabağ"la bugünkü matçdan 3 gün öncə İngiltərə Premyer Liqasında "Lester"in qonağı olan London təmsilçisi, növbəti 11 gündə 3 oyuna çıxmalı olacaq.

"Qarabağ" isə sonuncu dəfə 17 gün öncə meydana çıxıb. "Çelsi" ilə matça yaxşı hazırlaşmaq üçün Ağdam təmsilçisinin Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində, sentyabrın 8-də keçirilməli olan "Səbail"lə qarşılaşması təxirə salınıb.

Qarşılaşma Bakı vaxtıyla saat 22:45-də başlayacaq.

Çempionlar Liqası, 1-ci tur

12 sentyabr

C qrupu

22:45 Çelsi (İngiltərə) - Qarabağ (Azərbaycan)
Baş hakim: Anastasios Sidiropulos 
Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis
Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos 
Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan) 
Hakim-inspektor: Paulius Malzinskas (Litva) 
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya) 
London. "Stemford Bric" stadionu

08:08

Azərbaycan çempionu "Qarabağ" bu gün növbəti avrokubok matçını keçirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam klubu ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının əsas mərhələ matçına çıxacaq.

Bunadək qitənin ən nüfuzlu klub turnirinin yalnız təsnifat mərhələlərində təmsil olunan Azərbaycanın qrupdakı debütü Londonda gerçəkləşəcək. C qrupunda mübarizə aparan "Qarabağ" I turda "Çelsi" ilə üz-üzə gələcək.

Görüş Londonun məşhur "Stemford Bric" stadionunda baş tutacaq. Bu, Qurban Qurbanovun yetirmələrinin ikinci London səfəridi. İki il öncə Avropa Liqasının qrupunda ağdamlılar "Tottenhem"lə üz-üzə gəlib. Azərbaycan və İngiltərə klublarının hələlik yeganə duelinin hər iki səhnəsində britaniyalılar qalib gəlib. "Qarabağ" Londonda 1:3, Bakıda 0:1 hesabı ilə uduzub.

Debütlə əlamətdar olan tarixi matça rəqiblər fərqli durumda gəlib. Azərbaycan Premyer Liqasında IV turun "Səbail"lə görüşü təxirə salınan "Qarabağ" "Qəbələ" ilə matçdan 17 gün sonra meydana çıxacaq. Milli komandaların oyunları ilə əlaqədar fasilədən öncə son görüşünü keçirən ağdamlılar hazırlığını məhz bu matça uyğun qurub.

London klubu isə "Qarabağ" öncəsi "Lester"lə səfər matçında qələbə əldə edib. Ardıcıl 3-cü dəfə qalib gələn Antonio Kontenin yetirmələri Çempionlar Liqasına yüksək əhval-ruhiyyədə çıxacaq. Ümumiyyətlə isə hər iki komanda öz ölkəsinin çempionatında ardıcıl 3 dəfə qalib gəlib.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Çempionlar Liqası

Qrup mərhələsi

I tur, C qrupu

12 sentyabr

22:45. "Çelsi" (İngiltərə) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Anastasios Sidiropulos

Baş hakimin köməkçiləri: Polixronis Kostaras, Lazaros Dimitriadis

Əlavə hakim köməkçiləri: Xaralambos Kalogeropulos, Aleksandros Aretopulos

Dördüncü hakim: Damianos Eftimiadis (hamısı Yunanıstan)
Hakim-inspektor: Paulius Malzinskas (Litva) 
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)

London. "Stemford Bric" stadionu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.