İdman

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başladılar

28 Avqust 2017 12:17
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start veriləcək. 

Milli.Az report-a istinadən xəbər verir ki, ilk yarış günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Azərbaycanı bu çəkilərdə 3 idmançı təmsil edəcək. Qadınlardan Bazarraqça Erdenebat 1/32 finaldan, Leyla Əliyeva isə 1/16 finaldan mübarizəyə başlayacaq.
Kişilərin yarışında isə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov 1/16 finaldan çıxış edəcək. 

48 kq
1/32 final. Bazarraqça Erdenebat - Aleksandra Pop (Rumıniya)
1/16 final. Leyla Əliyeva - Funa Tanaki (Yaponiya)

60 kq
1/16 final. Orxan Səfərov - Tapiva Pavari (Zimbabve) / Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi

Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Azərbaycanı ümumilikdə 9 kişi və 8 qadın cüdoçu təmsil edəcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.