İdman

Çempionlar Liqasında səbətlər müəyyənləşdi

23 Avqust 2017 13:00
1 Şərh     Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların yer alacağı səbətlər bəlli olub. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turnirindəki təmsilçimiz "Qarabağ" Danimarkanın "Kopenhagen" klubunu mübarizədən kənarlaşdıracağı halda qrup mərhələsinin püşkü zamanı 4-cü səbətdə yer alacaq.

1-ci səbət

"Real", "Bavariya", "Çelsi", "Yuventus", "Benfika", "Monako", "Spartak" (Moskva), "Şaxtyor" (Donetsk)

2-ci səbət

"Barselona", "Atletiko". PSJ, "Borussiya" (Dortmund), "Sevilya", "Mançester Siti", "Portu", "Mançester Yunayted"

3-cü səbət

"Napoli", "Tottenhem", "Bazel", "Olimpiakos", "Anderlext", "Roma", "Beşiktaş"

4-cü səbət

"Kopenhagen" (Danimarka) - "Qarabağ" (Azərbaycan) cütünün qalibi, "Slaviya" (Çexiya) - APOEL (Kipr) cütünün qalibi, "Styaua" (Rumıniya) - "Sportinq" (Portuqaliya) cütünün qalibi, ÇSKA (Moskva, Rusiya) - "Yanq Boyz" (İsveçrə) cütünün qalibi, "Feyenord", "Maribor", "Leypsiq"

Qeyri-müəyyənlər

"Liverpul" (İngiltərə) - "Hoffenhaym" (Almaniya) cütünün qalibi, "Seltik"

"Liverpul" "Hoffenhaym" səddini keçsə, "Seltik" 4-cü, Almaniya klubu qrup mərhələsinə vəsiqə qazanacağı halda isə 3-cü səbətdə yer alacaq. "Liverpul" mərhələ adlasa, 3-cü, "Hoffenhaym" qrupa düşsə, 4-cü səbətdə yer alacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.