İdman

Ukraynalıların sevimli məkanı – Azərbaycan

9 Avqust 2017 14:12
0 Şərh     Baxış: 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan ukraynalı futbolçuların ən çox üz tutduğu ölkələr sırasındadı.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ukrayna mətbuatı futbolçularının legioner həyatı yaşadığı ölkələrlə bağlı araşdırma aparıb. 

Buna Lixtenşteynin "Vaduts" klubuna keçən Marko Deviç səbəb olub. Cırtdan ölkə ukraynalılar üçün yeni məkan - 61-ci ölkə kimi tarixə düşüb.

Milliləşən serbiyalını da özlərinki kimi qəbul edən Ukraynadan olan həmkarlarımız ən çox futbolçu ilə təmsil olunduqları ölkələri də müəyyənləşdirib. İndiyədək dünyanın 6 ölkəsində 100-dən artıq ukraynalı oynayıb.

Azərbaycanda indiyə qədər 101 ukraynalı futbolçu çıxış edib. Bu, həmkarlarımızın hesablamasıdı və bütün liqalarda oynayan həmyerlilərinin ümumi sayıdı. Ölkəmiz bu göstəricidə 6-cıdı.

Ukraynalıların sevimli məkanları sırasında 1-ci yeri təbii ki, bölgənin ən güclü çempionatına malik Rusiya tutur. Bura 428 oyunçu ezam olunub.

Belarusda 243, Moldovada 196, Qazaxıstanda 186, Polşada 122 ukraynalı çıxış edib. Azərbaycan da yalnız bu ölkələrdən geri qalır.

Avropanın yalnız 11 ölkəsində təmsil olunmayan Ukrayna Asiya, Afrika, Amerika qitələrinə də futbolçu göndərməsi ilə diqqət çəkir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.