İdman

"Qəbələ" Gürcüstan klubuna qalib gəldi

5 Avqust 2017 11:37
0 Şərh     Baxış: 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda təlim-məşq toplanışında olan "Qəbələ"nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı-qaralar" "Saburtalo" klubunun əvəzedici komandası ilə görüşüb. Gürcüstan təmsilçisi bu oyunda əsas və U-19 komandalarının üzvlərinin də yer aldığı qarışıq heyətdən istifadə edib. Görüş "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ravil Yusiflinin dubl  etdiyi oyunda bir dəfə Ülvi İsgəndərov fərqlənib.

Xatırladaq ki, komanda avqustun 2-də keçirdiyi Gürcüstandakı ilk yoxlama oyununda Tiflis "Dinamo"sunun əvəzediciləri ilə qolsuz bərabərə qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.