İdman

Mourinyo: "Neymarın baha olduğunu düşünmürəm"

3 Avqust 2017 12:55
1 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Neymarın "PSJ" klubuna transferinə münasibət bildirib

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis bunları deyib:

"Biz Pol Poqbanı 89 milyon funta transfer edəndə onun baha olduğunu demişdim. Bahalı futbolçular müəyyən səviyyəyə qalxanlardır. Neymarın əhvalatı da Poqbada olduğu kimidir. Onun üçün 200 milyon funtun çox olduğunu düşünmürəm. Sadəcə, indi 100, 80, 60 milyon funta futbolçular artacaq. Neymar dünyada ən yaxşı futbolçulardan biridir. "PSJ" onun dəyəri üzərində diqqətlə götür-qoy edib. Məsələ tək futbolçunun özündə deyil. Bu transferin nəticələri maraq doğurur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.