İdman

Cüneyt Çakır qayıtdı

27 Dekabr 2014 22:28
0 Şərh     Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bir müddətdir səhhətindəki problem səbəbindən oyunlara təyinat almayan Cüneyt Çakır 33 gündən yenidən yaşıl meydanlara qayıdıb.

Milli.Az qol.az-a istinadən bildirir ki, FİFA referisi Türkiyə superliqasında bu gün keçirilən "İstanbul Başakşehir" - "Kayseri Erciyesspor" matçını idarə edib.

Qeyd edək ki, C.Çakır ölkə çempionatının 12-cü turunun "Gənclərbirliyi" - "Karabükspor" matçında birinci hissədən sonra fasilədə özünü piss hiss edib. Bu səbəbdən ikinci hissəni idarə edə bilməyən Çakır xəstəxanaya yerləşdirilib. Ağciyərlərinə hava yığıldığı üçün türk hakim əməliyyat olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.