İdman

Azərbaycan Velosiped İdmanı Federasiyası bayram yürüşü təşkil edib

27 Dekabr 2014 23:09
0 Şərh     Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası "SharkHead" velosipedçilər klubu ilə birlikdə velosiped həvəskarları üçün "Critical X-Mass Baku" yürüşü keçirib.

Bu barədə Trend-ə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
 

Bayram əhval-ruhiyyəsində keçirilən tədbir başlamazdan öncə yürüş iştirakçılarını tandem velosipedlə Azadlıq Meydanına gələn Şaxta Baba və Qar Qız salamlayıb. 200-dən artıq peşəkar və həvəskar velosipedçinin qatıldığı veloyürüş Hökumət Evinin qarşısından start götürüb.
 

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyevin sözlərinə görə, artıq ənənə halını alan yürüşə maraq ildən-ilə artır:

"Hər şeydən öncə qarşıdan gələn bayramlar münasibətilə xalqımızı federasiyamız adından səmimi qəlbdən təbrik edirəm. Bildiyiniz kimi, hər ilin sonunda Azərbaycan Velosiped İdmanı Federasiyası həvəskarlar üçün belə bir yürüş təşkil edir. Builki yürüşdə "SharkHead" velosipedçilər klubu da aktiv şəkildə iştirak edir. Bizi sevindirən əsas məqam bu cür yürüşlərə insanların marağının durmadan artmasıdır. Bu yürüş həm də ona görə vacibdir ki, qoy avtonəqliyyat vasitələri sahibləri velosipedçilərlə eyni yolda hərəkət etməyin mümkünlüyünü qəbul etsinlər".
 

Bayram tədbirinin müxtəlif yaş qrupuna aid olan iştirakçıları şəhər küçələri ilə 18 km məsafə qət ediblər və yürüş elə başladığı yerdə sona çatıb. Tədbir yekunlaşdıqdan sonra isə kiçik yaşlı uşaqlara federasiya tərəfindən yeni il hədiyyələri təqdim olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.