İdman

""Barselona"dan mənə təklif gəlməyib"

16 İyul 2017 20:51
0 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in vitse-kapitanı Ander Errera klubunda xoşbəxt olduğunu qeyd edib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi "Barselona"nın onunla maraqlanmasına belə münasibət bildirib:

""Barselona"dan mənə təklif gəlməyib. "Yunayted"də xoşbəxtəm. Burda özümü vacib və dəyərli futbolçu kimi hiss edirəm. Buna görə komandanın uğurlarına köklənmişəm. Morata? Əlbəttə, onunla komanda yoldaşı olmaq istərdim. Klublar danışıqlar apardığına görə bu istəyim reallaşa bilərdi. Təəssüf ki, Alvaro "Yunayted"ə keçmədi. İstənilən halda, ona uğurlar arzulayıram".

Qeyd edək ki, müqaviləsi 2018-ci ildə başa çatan Errera onun müddətini 2022-ci ilə kimi uzadıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.