İdman

Qadın taekvandoçumuz qızıl medal qazandı

16 May 2017 21:19
2 Şərh     Baxış: 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz Eriş Yaprak final mərhələsində mübarizəsini davam etdirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu görüşdə onun rəqibi Türkiyə təmsilçisi Altunel Durdane olub.

İdmançımız rəqibini 5:4 hesabı ilə məğlub edərək ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.