Karlo Ançelotti "Real"da istefaya göndərilməsi ilə bağlı ilk dəfə açıqlama verib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Madrid klubunun onu istefaya göndərməklə böyük səhv etdiyini deyib:
""Real"dan ayrıldığım üçün məyus olmuşdum. Çünki futbolçularla münasibətim yaxşı idi. Madrid klubunu çalışdırmağı sevirdim. "Çelsi"dən ayrıldığım zaman bu qədər pis olmamışdım".
K.Ançelotti qeyd edib ki, "Real"da çempionluqdan başqa heç bir nəticə qəbul olunmur:
"Ötən mövsüm ard-arda 22 oyunda qalib gəlmişdik. Ancaq fevralın 7-si "Atletiko"ya 0:4 hesabı ilə uduzduğumuz zaman əvvəlki uğurlar unuduldu. Çempionluq qazanmayan baş məşqçini "Real"dan qovurlar. Amma nəzərə almırlar ki, bu komanda mənim rəhbərliyim altında Çempionlar Liqasında birinci oldu. Başa düşmək lazımdır ki, dünyanın ən yaxşı klublarından olan "Barselona", "Atletiko" kimi klubların oynadığı İspaniyada hər mövsüm çempion olmaq mümkünsüzdür".
Qeyd edək ki, "Real" bu ilin mayında Ançelotti ilə yolları ayırıb.
Milli.Az