Bakıda qəzaya düşən idmançı: "Köhnə həyatımı unutmalıyam" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda avtobusun vurduğu Avstriya idmançısı Vanessa Sahinoviç qəzadan sonra ilk dəfə müsahibə verib.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, Avstriyanın ORF telekanalı iflic olmuş üzgüçü haqda sujet hazırlayıb.
Telekanalın məlumatına görə, 11 iyun 2015-ci il tarixində Vanessanın həyatı bir göz qırpımında dəyişib. Avropa oyunları açılışına bir gün qalmış Vanessa və onun daha iki komanda yoldaşını avtobus vurub. İnsident zamanı sağ ayağı zədələnən Luna Payer və sınıq xəsarətləri alan Verena Braytdan fərqli olaraq Vanessa Sahinoviçin aldığı zədələr daha ağır olub.
Onurğa sütunundan ciddi zədə alan Sahinoviç koma vəziyyətində təcili olaraq Vyanaya göndərilib və burada 15 yaşlı idmançını əməliyyat ediblər. Bir neçə ağır cərrahiyyə əməliyyatı keçirən və komadan çıxan Sahinoviç hazırda əlil arabasına məhkumdur.
Sahinoviçin sözlərinə görə, o, Bakıdaki dəhşətli anı xatırlamır. "Mən nəyin baş verdiyini bilmirdim. Ayılanda məşqçinin mənə yardım göstərməyə çalışdığını gördüm və ondan nəyin baş verdiyini soruşanda o, mənə bizim avtobus altına düşdüyümüzü dedi", - deyə Vanessa ORF telekanalına müsahibəsində bildirib.
Ayaqları iflic olan 15 yaşlı idmançı, ona paraplegiya diaqnozu qoyulmazdan əvvəl xəstəxanada olarkən aşağı əzalarını hiss etmədiyini deyir: "Bu, çox çətindir. Mən köhnə həyatımı unutmalıyam, hər şeyi yenidən başlamalıyam."
Lakin buna baxmayaraq Sahinoviç çox optimistdir. "Hesab edirəm ki, hər bir insanın həyatında çətin mərhələ olur, gec-tez bu baş verir", - deyə qız öz fikirlərini bildirir. Hazırda bərpa kursu keçən üzgüçü reabilitasiya zamanı səbrli olmağın vacibliyindən danışır: "Hər şey addım-addım baş verir, əgər sizin məqsədiniz varsa, siz mütləq ona nail olacaqsınız."
Avstriyanın AUVA reabilitasiya mərkəzində xüsusi terapiyadan keçən Vanessanın gənc həmkarı Kira Grünberqə də əlavə motivasiya verəcəyi ehtimal edilir. Dəhşətli təsadüf ucbatından bu mərkəzdə daha bir Avropa oyunları iştirakçısı müalicə alır.
İlk Avropa oyunlarının qalibi Kira Grünberq bu ilin iyulun 30-da növbəti yarışlara hazırlaşan zaman yıxılaraq onurğa sütünunu zədələyib. Vanessadan fərgli olaraq Kiranın boyundan aşağı bütün bədəni iflic olub.
İndi Avstriyada Vanessa və Kiraya yardım etmək üçün xeyriyyə aksiyası keçirilir. Aksiyanın məqsədi hər iki idmançının bərpa olunması üçün 100 000 avro yığmaqdır.
Xatırladaq ki, fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb.
Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulmuş və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
"Trabzonspor"un prezidenti mərc oyunlarına görə cəzalandırıldı
XƏBƏR LENTİ
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)
-
Sabah Hökməli–Qobu–Güzdək yolunda hərəkət tam məhdudlaşdırılacaq
-
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
-
Dövlət məktəbində başqa dildə oxumaq istəyənlər bunları bilməlidir
-
Bakda 15 yaşlı oğlan ürəyindən bıçaqlandı





