İdman

Ançelotti: "Bizim səhvimiz Turində oldu"

14 May 2015 10:21
0 Şərh     Baxış: 1 170
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandam bütün gücünü ortaya qoydu. Əlimizdən gələn hər şeyi etdik. Bizim səhvimiz  Turində keçirilən ilk qarşılaşmada oldu".

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinin "Yuventus"la cavab matçından (1:1) sonra deyib.

Rəqib haqda xoş sözlər söyləyən italiyalı mütəxəssis "Yuventus"un finala layiq oynadağını qeyd edib: ""Yuventus" çox çətin komandadır. Əla mövsüm keçirdilər. Nəticədə yaxşı oyun sayəsində bizi də mübarizədən kənarlaşdırıb finala yüksəldilər".

Ançelotti finaldakı favoritinı də açıqlayıb: "Favorit "Barselona"nı görürəm. Ancaq finalda hər şey ola bilər". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.