"Komandam bütün gücünü ortaya qoydu. Əlimizdən gələn hər şeyi etdik. Bizim səhvimiz Turində keçirilən ilk qarşılaşmada oldu".
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinin "Yuventus"la cavab matçından (1:1) sonra deyib.
Rəqib haqda xoş sözlər söyləyən italiyalı mütəxəssis "Yuventus"un finala layiq oynadağını qeyd edib: ""Yuventus" çox çətin komandadır. Əla mövsüm keçirdilər. Nəticədə yaxşı oyun sayəsində bizi də mübarizədən kənarlaşdırıb finala yüksəldilər".
Ançelotti finaldakı favoritinı də açıqlayıb: "Favorit "Barselona"nı görürəm. Ancaq finalda hər şey ola bilər".
Milli.Az