İdman

Ançelotti: "Hər biri təhlükəlidir"

6 May 2015 10:28
0 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Yuventus" əla formadadır. Bu komandada əsl döyüşçü ruhu var". Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti deyib.

Çempionlar Liqasının yarımfinal mərhələsinin "Yuventus"la keçirilən ilk oyunundan (1:2) sonra UEFA-nın rəsmi saytına danışan italyan çalışdırıcı məğlubiyyəti şərh edib.

O, finala vəsiqənin sahibinin Madriddə bilinəcəyini vurğulayaraq, hələ heç nəyin həll olunmadığını qeyd edib: "Cavab matçı daha çətin olacaq. Bu görüş elə-belə oyun deyil, finala vəsiqə verir. Özümüzə güvənirik, çünki doğma meydanda oynayacağıq. Azarkeşlər də bizə kömək edəcəklər. "Yuventus" Andrea Pirlo, Karlos Teves və Arturo Vidalın üstün cəhətlərindən maksimum yararlanmağa çalışır. Onlara qarşı oynamaq çox çətindir, hər biri ayrılıqda təhlükəli futbolçudur. Düzdür, ilk görüşdə məğlub olmuşuq. Amma nəticə o qədər də pis deyil. Hər şey "Santyaqo Bernabeu"da həll olunacaq".

Qeyd edək ki, "Real" və "Yuventus" arasındakı cavab görüşü mayın 13-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.