İdman

Daha bir legioner "Simurq"dan ayrıldı

4 May 2015 13:08
0 Şərh     Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ciddi maliyyə problemi yaşayan "Simurq"da futbolçular bir-bir yola salınır. Apasport.az saytının məlumatına görə, Zaqatala klubu daha bir əcnəbi oyunçusu ilə yollarını ayırıb.

Benjamin Lambotdan sonra indi də yarımmüdafiəçi Stepan Polyak ölkəsinə yollanıb. Belə vəziyyətdə burada qalmağın mənasız olduğunu düşünən xorvatiyalı futbolçu artıq komandanı tərk edib. Mövsümün sonuna qədər daha bir neçə əcnəbinin klubdan ayrılması istisna deyil.

Qeyd edək ki, Stepan Polyak da digər futbolçular kimi, fevral ayından bəri maaş almayıb. 32 yaşlı oyunçunun bununla bağlı FİFA-ya müraciət etməsi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.