İdman

"Qarabağ" üçün 13 mümkün rəqib

4 May 2015 10:36
0 Şərh     Baxış: 1 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 2015/16 mövsümünün iştirakçılarından 36-sı məlumdur. Apasport.az saytının xəbərinə görə, yeni mövsümdə qitənin ən nüfuzlu klub turnirinə qatılacaq klublardan 7-sinin qrup mərhələsində iştirakı dəqiqləşib.
  

Daha 8 klub qrupda oynamağa yaxındır. Lakin onların milli çempionatın finişindəki çıxışı həlledici xarakter daşıyır. Çünki bu komandaların qrupla yanaşı, təsnifat mərhələsində oynamaq ehtimalı da var.

2 komanda isə III təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
  

Azərbaycan çempionunun da yarışa qatılacağı II təsnifat mərhələsinin 13 iştirakçısı bəllidir. Bu komandalar təmsilçimiz üçün potensial rəqib sayılır. Lakin çempionların tam siyahısı bilinəndən sonra bu mərhələnin iştirakçıları səbətlərə bölünəndə potensial rəqiblərin sayı azalacaq. Ən zəif 8 çempionun oynayacağı I təsnifat mərhələsinin 6 iştirakçısı müəyyənləşib. Onlar da ilk raundu adlayacaqları halda Azərbaycan çempionuna rəqib ola bilərlər.
  

Çempionlar Liqasının 2015/16 mövsümünün iştirakçıları
 

Qrup mərhələsi: "Bavariya" (Almaniya), "Olimpiakos" (Yunanıstan), PSV (Hollandiya), "Barselona", "Real" (hər ikisi İspaniya), "Çelsi" (İngiltərə), "Yuventus" (İtaliya)
 

III təsnifat mərhələsi: "Bazel" (İsveçrə), "Ayaks" (Hollandiya)


II təsnifat mərhələsi: BATE (Belarus), "Molde" (Norveç), HİK (Finlandiya), "Malmö" (İsveç), "Ventspils" (Latviya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Styarnan" (İslandiya), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), "Dinamo" (Xorvatiya), "Seltik" (Şotlandiya), "Vodeoton" (Macarıstan)

I təsnifat mərhələsi: TNS (Uels), "Kruzadesr" (Şimali İrlandiya), "Levadiya" (Estoniya), B-36 (Farer adaları), "Santa Koloma" (Andorra), "Linkoln" (Cəbəlüttariq)
 

Qrup mərhələsi və ya təsnifat mərhələsində oynayacağı dəqiqləşməyənlər: "Volfsburq", "Bayer", "Borussiya" M (hamısı Almaniya), "Benfika", "Porto", "Sportinq" (hamısı Portuqaliya), PSJ, "Lion" (hər ikisi Fransa)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.