Bakı-2015 uğurlu sınaq yarışlarından sonra Avropa Oyunlarının başlamasını gözləyir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı-2015 dünən boks və güləş üzrə çoxgünlük beynəlxalq turnirlərin başa çatması ilə "Baku Prepare" ardıcıl sınaq tədbirləri seriyasından olan idman yarışlarına yekun vurdu.
Milli.Az bildirir ki, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, beş gün davam etmiş Böyük İpək Yolu elitar boks turniri Oyunlar zamanı Avropa boksçularını qarşılayacaq Kristal Zalda keçirildi. Beynəlxalq turniri Azərbaycan Boks Federasiyası Bakı-2015 ilə əməkdaşlıq şəraitində təşkil etdi. 11 ölkədən 83 boksçunun yarışdığı turnirdə kişilər 10, qadınlar isə 5 çəki dərəcəsində mübarizə apardılar.
Yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yarışlar dörd gün davam edib. Turniri Azərbaycan Güləş Federasiyası Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlığı ilə Heydər Əliyev adına İdman Sarayında təşkil edib.
Hər iki turnirin bəzi yarış günlərinə biletlər tam satılmışdı və həmin günlərdə tribunalar azarkeşlərlə tam dolu idi. Bilet satış məntəqələri ardıcıl üç gecə - cümə, şənbə və bazar günlərində hər iki məkanda keçirilən final görüşləri üçün bütün biletləri satıb qurtarmışdılar. Azərbaycan idmançıları qazanılan medalların sayına görə birinci olmaqla azarkeşlərini məyus etmədilər.
Bakı-2015-in İdman Departamentinin direktoru Pirs O'Kallahan sınaq yarışları barədə bunları deyib: "Bu tədbirlər bizim birinci Avropa Oyunlarının başlamasına 100 faiz hazır olduğumuzu göstərmək üçün əla imkandır. Bunların hər ikisi öz miqyasına görə Bakı 2015-də keçiriləcək yarışlara bənzər olan irimiqyaslı turnirlər idi. Mən bu fantastik idman tədbirinin nümayişi üçün bizim əməliyyat baxımdan hazırlığımızı görüb çox məmnun oldum. "Baku Prepare" idmançıların parlaq çıxış etməsinə imkan yaratmaq üçün əzmlə çalışdı və Oyunlar ərəfəsində böyük uğur nümayiş etdirdi".
Azarkeşlər Bakı-2015 Avropa Oyunları üçün 20 mart tarixindən etibarən rəsmi internet səhifəsində (www.baku2015.com) onlayn biletlər almaq imkanında olublar və indi biletləri Bakıdakı səkkiz əlverişli məkanda yerləşən satış məntəqələrindən birbaşa ala bilərlər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq
-
Mixək çayının yaddaşa faydası
-
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
-
İtlər hansı yaşda qocalmağa başlayır?
-
Paltarlardakı tiftikləri saniyələr içində yox edən üsul, təzə alınmış kimi olur
-
Dünyanın ən qısa uçuşu 53 saniyə çəkir: Biletin qiyməti 15 dollardır
-
20 metrlik ağaclara dırmaşıb, tək-tək yığırlar, kiloqramı 500 manatdır
-
Günün qoroskopu: Şərait nüfuzlu insanlarla dostluq etməyinizə imkan verəcək
-
Sənədsiz evlərə necə çıxarış almaq olar? - (Video)
-
“Slaviya” Bakıdadır - (Video)
-
Zelenski: Rusiya ilə enerji atəşkəsinə hazırıq
-
Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
-
Gəncədə 36 yaşlı kişi qətlə yetirildi, şübhəli atasıdır
-
Şəkil çəkdirmək istəyən şəxsi parçalayan pələnglə bağlı qərar verildi
-
Bahalı avtomobillər niyə qəfildən yanır? - (Video)
-
Mehmet Aslantuğ yenə özündən kiçik, kasıb qızla “evləndi" - (Video)
-
Zelenski Tramp barədə: "Putini dayandıra bilmədiyi üçün Ukraynaya təzyiq edir"
-
Toralın klubu məğlub oldu





