İdman
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həlak olan alpinistimizin ABŞ-da kitabının təqdimatı keçirilib
30 Mart 2015 09:33
0 Şərh
Baxış: 1 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən il faciəvi şəkildə həlak olan azərbaycanlı alpinist Murad Aşurlunun ABŞ-da "Öz Everestini tapmaq" kitabının təqdimatı keçirilib.
Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimi M.Aşurlunun rəhbər vəzifələrdən birini tutduğu "Ericsson" şirkətinin Dallasdakı ofisində təşkil olunub.
Tədbirdə Muradın qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da iştirak edib.
İ.Aşurlu "Facebook"dakı səhifəsində bu barədə yazıb: "Murad mənə kitab yazmaq fikrində olduğunu bildirəndə bunu ciddi qəbul etmədim. Çünki Murad indiyədək nə hekayə, nə də oçerk yazıb, burada isə söhbət bütöv bir kitabdan gedirdi. Lakin çoxsaylı ezamiyyətlər, layihələr və başqa işlərinə baxmayaraq, Murad bir ildən də az müddətdə istədiyinə nail ola bildi. Son ekspedisiyasına yola düşməzdən əvvəl o, əlyazmasına nöqtə qoydu. Katmanduda olduğu zaman o, telefonla kitab üçün bəzi şəkilləri mənimlə müzakirə edib razılaşdırırdı. Lakin bu, bir surət, gələcək kitabın qaralaması idi... Bu gün mən onu, nəhayət ki, əlimdə tuturam".
Kitabın işıq üzü görməsində Muradın dostları, həmkarları və "Ericsson" şirkəti rəhbərliyinin rolunu qeyd edən İ.Aşurlu bildirib ki, onlar Muradın son arzusunu yerinə yetirmək istəyiblər və buna nail olublar.
İki min tirajla ingilis dilində çapdan çıxan kitabı İnternetdən sifariş verməklə əldə etmək olar.
Dünyanın ən yüksək nöqtəsinə - Everestə (8848 metr) qalxan ikinci azərbaycanlı olan Murad Aşurlu bu zirvəni 2013-cü ildə fəth etmişdi. O, ötən il oktyabrın 21-də Himalay dağlarının Ama-Dablam (6814 m) zirvəsindən enən zaman faciəvi şəkildə həlak olub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)
-
Şadlıq sarayında 49 yaşlı kişi bıçaqlandı
-
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Yaponların "5S" qaydası: Səliqəsizliyi 10 dəqiqədə aradan qaldırın
-
Nə türk qəhvəsi, nə də amerikano - Ən sağlam qəhvə bəlli oldu
-
Televizorda görüntü keyfiyyətini belə artırmaq olar
-
110 yaşdan çox yaşayan insanların sirri
-
Ətir istifadə edənlərə xəbərdarlıq