İdman

Avroliqa oyunundan əvvəl 22 nəfər saxlandı

27 Fevral 2015 14:11
0 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının 1/16 final mərhələsində baş tutan "Feyenoord" - "Roma" oyunundan əvvəl Hollandiya polisi 22 azarkeşi saxlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, saxlanılanlardan 17-si yerli fanatlar, 7-si isə İtaliya vətəndaşlarıdır. Polis nümayəndəsi Hays van Nimveqen 22 nəfərin iğtişaş törətməyə cəhd göstərməsi, pirotexnikadan istifadə və polisə müqavimətə görə saxlanıldığını bildirib. O, iki nəfərin üzərində kəsici alətin aşkarlandığını da bildirib.
 

Qeyd edək ki, Romada baş tutan ilk oyunda holland azarkeşlər şəhərdə ciddi toqquşmalar törətmiş, nəticədə bir neçə obyektə ziyan dəymişdi. Bundan sonra İtaliya polisi 6 nəfər azarkeşə 16 aydan 8 aya kimi həbs cəzası vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.