İdman

Avropa Liqasında 1/8 finalın püşkü atıldı - YENİLƏNİB

27 Fevral 2015 16:41
0 Şərh     Baxış: 1 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:41

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, turnirdə mübarizəni davam etdirən 16 komanda növbəti rəqiblərinin adı müəyyənləşib.

Püşkə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunacaq.

1/16 finalında "Liverpul"u mübarizədən kənarlaşdıran Türkiyənin "Beşiktaş" klubu növbəti mərhələdə "Brügge"yə (Belçika) rəqib olub. "Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" (Ukrayna) 1/8 finalda "Ayaks"la (Hollandiya), İtaliya "İnter"i isə "Volfsburq"la (Almaniya) ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.

Avropa Liqasında 1/8 finalın cütlükləri belədir:

"Everton" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna)

"Dnepr" (Ukrayna) - "Ayaks" (Hollandiya)

"Zenit" (Rusiya) - "Torino" (İtaliya)

"Volfsburq" (Almaniya) - "İnter" (İtaliya)

"Vilyarreal" (İspaniya) - "Sevilya" (İspaniya)

"Napoli" (İtaliya) - "Dinamo" (Moskva, Rusiya)


"Brügge" (Belçika) - "Beşiktaş" (Türkiyə)

"Fiorentina" (İtaliya) - "Roma" (İtaliya)


-----------
12:57

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirində çıxışını davam etdirən 16 komanda növbəti rəqiblərinin adını biləcək.
 

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Püşkdə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunacaq.
 

1/8 finalın püşkündə komandalar səbətlərə bölünməyəcək. Bu isə o deməkdir ki, iştirakçıları kor püşk gözləyir.
  

1/8 finalın iştirakçıları:

"Dinamo" (M, Rusiya), "Zenit" (Rusiya), "Beşiktaş" (Türkiyə), "Dinamo" (K, Ukrayna), "Fiorentina" (İtaliya), "İnter" (İtaliya), "Ayaks" (Hollandiya), "Sevilya" (İspaniya), "Vilyarreal" (İspaniya), "Brügge" (Belçika), "Everton" (İngiltərə), "Napoli" (İtaliya), "Dnepr" (Ukrayna), "Volfsburq" (Almaniya), "Torino" (İtaliya), "Roma" (İtaliya).
  

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.