İdman

"3 ingilis klubu yetər"

27 Fevral 2015 12:04
0 Şərh     Baxış: 1 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Liverpul" kimi bir komandaya qalib gəlmək üçün planlaşdırdığımız hər şeyi etməli idik və bunu da bacardıq. Səfərdə uduzduğumuz matçda yaxşı müdafiə olunsaq da, hücumlarda pis təsir bağışlamışdıq. Bu gün isə yaxşı oynadıq".
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Beşiktaş"ın baş məşqçisi Slaven Biliç Avropa Liqasının 1/16 finalında "Liverpul"a penaltilər seriyasında (5:4) qalib gəldikləri matçdan sonra deyib.
 

"İkinci hissədə oyuna nəzarət bizdə idi. Qarşılaşmanın son dəqiqələrində matçın taleyini həll edə bilərdik. Futbolçularım qorxmadan oynadılar. Turnirin favoritini məğlub etdik", - deyə o bildirib.
 

S.Biliç 1/8 finalın püşkündə "Everton"la düşəcəkləri təqdirdə təəccüblənib-təəccüblənməyəcəyi ilə bağlı sualı isə belə cavablandırıb:
 

"Bu, bizim üçün sürpriz olmayacaq. Amma üç dəfə İngiltərə klubları ilə düşmüşük, artıq yetər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.