İdman

Avroliqa: "Beşiktaş" intiqamını didə-didə aldı, "Trabzon" biabır oldu

27 Fevral 2015 09:13
1 Şərh     Baxış: 2 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start verilib.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu mərhələnin bütün oyunları eyni gündə keçirilib.

1/16 finalın ilk iki oyunu Rusiyada baş tutub. Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qəbul edib. Hər iki oyunda Rusiya təmsilçiləri qələbə qazanaraq 1/8 finala yüksəliblər.
 

Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"u sınağa çəkib. "Qara qartal" doğma meydanda ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb ki, buna da nail olub. Əsas 1:0 hesabı ilə başa çatan oyunda qalib yalnız penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Beşiktaş" rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.

"Trabzonspor" klubu isə İtaliyaya səfər edib. İlk görüşdə "Napoli"yə 0:4 hesabı ilə uduzan Trabzon təmsilçisi üçün bu oyun formal xarakteri daşıyırdı. Bu görüşdə 1:0 hesabı ilə qələbə qazanan Neapol təmsilçisi 1/8 finala adlayıb.
 

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. İlk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna təmsilçisi səfərdə bu üstünlüyünü qorumağa çalışacaqdı. Səfərdə 2:2 hesablı bərabərə qalan Ukrayna klubu 1/8 finalda oynamaq hüququ əldə edib. F qrupunu qalib başa vuran "İnter" isə evdə "Seltik"lə münasibətlərinə aydınlıq gətirib. Səfərdə rəqibi ilə 3:3 bərabərə qalan Milan təmsilçisi evdə "Seltik"i 1:0 hesabı ilə üstələyib.


26 fevral


Avropa Liqası, 1/16 finalın cavab oyunları

00:05. "Atletik" (Bilbao, İspaniya) - "Torino" (İtaliya) - 2:3
Qollar:
Qualyarella, 16-pen (0:1), İraola, 44 (1:1), Lopez, 45+3 (1:2), de Markos, 61 (2:2), Darmian, 67 (2:3)
(İlk oyun - 2:2)

00:05. "Brügge" (Belçika) - "Olborq" (Danimarka) - 3:0
Qollar:
Vazkez, 11 (1:0), Oulare, 64 (2:0), Bolingoli-Mbombo, 74 (3:0)
(İlk oyun - 3:1)

00:05. "Everton" (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 3:1
Qollar:
Sanoqo, 13 (0:1), Lukaku, 25-pen, 30 (2:1), Mirallas, 42 (3:1)
(İlk oyun - 4:1)

00:05. "Feyenoord" (Hollandiya) - "Roma" (İtaliya) - 1:2
Qollar:
Lyajiç, 45+2 (0:1), Manu, 57 (1:1), Jervinyo, 60 (1:2)
Qırmızı vərəqələr: te Vrede, 54, Mulder, 59 ("Feyenoord")
(İlk oyun - 1:1)

00:05. "Napoli" (İtaliya) - "Trabzonspor" (Türkiyə) - 1:0
Qol:
de Quzman, 19 (1:0)
(İlk oyun - 4:0)

00:05. "Olimpiakos" (Yunanıstan) - "Dnepr" (Ukrayna) - 2:2
Qollar:
Mitroglu, 14 (1:0), Fedeçki, 23 (1:1), Dominqez, 90-pen (2:1), Kaliniç, 90+2 (2:2)
Qırmızı vərəqə: Milivojeviç, 52 ("Olimpiakos")
(İlk oyun - 0:2)

00:05.
"Sportinq" (Portuqaliya) - "Volfsburq" (Almaniya) - 0:0
(İlk oyun - 0:2)


22:00. "Beşiktaş" (Türkiyə) - "Liverpul" (İngiltərə) - 1:0 (Penaltilər seriyası - 5:4)
Qol:
Tolgay Arslan, 73 (1:0)
(İlk oyun - 0:1)

Penaltilər seriyası:

"Beşiktaş": + + + + +

"Liverpul: + + + + -


22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Genqam" (Fransa) - 3:1
Qollar:
Teodorçik, 31 (1:0), Buyalski, 46 (2:0), Mandanne, 66 (2:1), Qusev, 75-pen (3:1)
(İlk oyun - 1:2)

22:00. "Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə) - 2:0
Qollar:
Qomes, 54 (1:0), Salah, 71 (2:0)
(İlk oyun - 1:1)

22:00. "İnter" (İtaliya) - "Seltik" (Şotlandiya) - 1:0
Qol:
Quarin, 88 (1:0)
(İlk oyun - 3:3)

22:00. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Sevilya" (İspaniya) - 2:3
Qollar:
Bakka, 8 (0:1), Xhaka, 19 (1:1), Vitolo, 26 (1:2), Hazard, 29 (2:2), Vitolo, 79 (2:3)
(İlk oyun - 0:1)

22:00. "Legiya" (Polşa) - "Ayaks" (Hollandiya) - 0:3
Qollar:
Milik, 11 (0:1), Serero, 13 (0:2), Milik, 43 (0:3)
(İlk oyun - 0:1)

22:00. "Zalsburq" (Avstriya) - "Vilyareal" (İspaniya) - 1:3
Qollar
: Dyuriçin, 18 (1:0), Vyetto, 33 (1:1), 76 (1:2), Dos Santos, 79 (1:3)
(İlk oyun - 1:2)

21:00. "Dinamo" (Moskva, Rusiya) - "Anderlext" (Belçika) - 3:1
Qollar:
Mitroviç, 29 (0:1), Kozlov, 47 (1:1), Yusupov, 64 (2:1), Kuranyi, 90+5 (3:1)
(İlk oyun - 0:0)

21:00. "Zenit" (Rusiya) - PSV (Hollandiya) - 3:0
Qollar:
Rondon, 29 (1:0), Halk, 48 (2:0), Rondon, 67 (3:0)
(İlk oyun - 1:0)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.