İdman

Bobko: ""Qəbələ"yə keçidim mümkündür"

14 Yanvar 2015 10:19
0 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin maraq dairəsində olan İvan Bobko "Çernomorets"lə yollarını ayırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun özü Ukrayna mətbuatına açıqlama verib.
  

Odessa klubuna təşəkkür edən 24 yaşlı yarımmüdafiəçi sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı "Qəbələ"yə keçmək variantının olduğunu təkzib etməyib:

""Çernomorets" rəhbərliyinə və azarkeşlərinə minnətdaram. Bu klubun heyətində unudulmaz illər keçirdim. Komandaya olan sevgimi sözlə ifadə edə bilmirəm. Azərbaycandan təklif aldığım doğrudur. Roman Qriqorçuk amilini nəzərə alsaq, "Qəbələ"yə keçidim mümkündür. Eşitdiyim qədərilə, "Qəbələ" ambisiyalı komandadır".
  

Qeyd edək ki, "Çernomorets"in yetirməsi olan Bobko 2007-ci ildən əsas komandada çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.