"Qəbələ"də 4 yeni məşqçi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qəbələ"nin məşqçilər korpusu yeni tərkibdə fəaliyyətə başlayıb.
Milli.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "qırmızı-qaralar"ın baş məşqçisi ukraynalı Roman Qriqorçuka Antalya toplanışından etibarən 5 çalışdırıcı kömək edəcək.
Onlardan biri - Sənan Qurbanov bunadək çalışdığı postunda işinə davam edəcəksə, digər 4 məşqçi komandada bu gündən işə başlayıb. 2012-ci ilin yayından əsas komandada çalışan Qurbanovla yanaşı, Mixaylo Savka və Stepan Matveyev də yardımçı məşqçi kimi fəaliyyət göstərəcəklər. Hər iki ukraynalı mütəxəssis Odessa "Çernomorets"ində də baş məşqçimizlə birgə çalışıb.
1962-ci ildə Ukraynanın Ternopol vilayətində anadan olan Savka son 4 ildə Odessa təmsilçisində köməkçi-məşqçi kimi çalışıb. Futbolçu kimi "Zvezda" (Kirovoqrad), "Prikarpatye" (İvano-Frankovsk), "Bukovina" (Çernovtsı), "Metallurq" (Zaporojye), "Karpatı" (Lvov), "Kaluş" və Slovakiyanın "Slobod" klublarında çıxış etmiş mütəxəssis baş məşqçi kimi "Texno-Sentr" (Roqatin) və "Energetik"ə (Burştın) rəhbərlik edib.
2011-ci ilin yayından "Qəbələ"yə gələnədək "Çernomorets"də işləyən Matveyev futbolçu karyerasında daha çox klubun şərəfini qoruyub. O, "MOİK-Borisfen" (Kiyev), MOİK (Kiyev), "Prikarpatye" (İvano-Frankovsk), "Volın" (Lutsk), "Tısmenitsa", "Torpedo" (Zaporojye), "İOEUGİM-Metallurq" (Zaporojye), "Çernoqora" (İvano-Frankovsk), "Borisfen-2" (Borispol) və "Avropa"da (Priluki) çıxış edib. "Borisfen-2" (Borispol), "Boreks-Borisfen" (Borodyanka), "Borisfen" (Borispol), "Metallurq" (Donetsk),"Knyaja" (Sçastlivoye), "Prikarpatye" (İvano-Frankovsk) klublarında baş məşqçi, "Lvov"da köməkçi kimi çalışıb.
"Qəbələ"nin qapıçılarla işləyən məşqçisi Andrey Qluşenko isə həmkarları ilə müqayisədə daha gəncdir. 1974-cü il təvəllüdlü məşqçi qolkiper kimi "Torpedo" (Zaporojye), "Zvezda" (Kirovoqrad), "Metallurq" (Zaporojye) və "İliçevets"də çıxış edib. 2009-cu ildə futbolçu karyerasını bitirən Qluşenko "Metallurq"da (Zaporojye) məşqçi kimi fəaliyyətə başlayıb. 2011-ci ilin martında "Çernomorets"ə keçən gənc çalışdırıcı "qırmızı-qaralar"la anlaşanadək bu klubda işləyib.
Digər mütəxəssis Anatoli Korotiya "Qəbələ"də elmi-metodiki sahədə fəaliyyət göstərəcək. O, komandada məşqçi-analitik kimi çalışacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı
-
"Sabah"ın qələbəsi ilə Azərbaycan avrokuboklarda zirvədə - Siyahı
XƏBƏR LENTİ
-
63 yaşlı Seda Sayan filtrsiz görüntüsü ilə gözəlliyini sübut etdi - (Video)
-
Səhv karta göndərilən pul necə geri alınır?
-
Polad Bülbüloğlunun yeni həyat yoldaşı əməkdar artist imiş - (Fotolar)
-
Millimiz bu gün Belçika ilə qarşılaşacaq
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
"Sabah"ın hücumçusundan qələbə açıqlaması: “Heç vaxt təslim olmuruq”
-
İslamabadda xəstəxanada dəhşətli yanğın: 14 körpə öldü
-
Aftandil İsrafilovun villası fantastik qiymətə satışa çıxarıldı
-
Bu gün bir sıra rayonlarda işıq olmayacaq
-
"Sabah" ÇL-in əsas mərhələsinə düşməklə bu qədər qazandı
-
İsti havada elektrik avtomobillərinin batareyasını necə qorumaq olar?
-
Sobanın altındakı siyirmənin əsl məqsədi üzə çıxdı
-
Emosional zəkası sıfır olan insanların tez-tez işlətdiyi 4 cümlə
-
Futbolun dəyişməyən qaydası: Qapıların ölçüsünü kim müəyyən edib?
-
Timati 100 uşaq istəyir - (Foto)
-
Küçədki beton kürələrin əsl məqsədi üzə çıxdı
-
Əti əsla sərtləşdirməyən marinad texnikası
-
610 bal topladı, universitetə qəbul olmadı
-
“Sevdam Karadeniz”in yayım tarixi bəlli oldu
-
Ekran görüntüsünü çəkmək hesab etdiyimiz qədər məsum deyilmiş
-
Dambrauskas: "Bu, karyeramda çalışdırdığım ən yaxşı komandadır"
-
Bir neçə rayonda işıq olmayacaq
-
Tramp onun vəfatına görə bayraqları yarıya endirtdi - (Foto)
-
Ran Kojuk: "Sabah"la oyun asan olmadı





