İdman

Balotellini istəmirlər

27 Dekabr 2014 14:44
0 Şərh     Baxış: 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mövsümün əvvəlində 16 milyon funt qarşılığında "Liverpul"a transfer olunan Mario Balotelli gözləntiləri doğrulda bilmədi. Premyer Liqa qarşılaşmalarında qol hesabını aça bilməyən italyan hücumçu Brendan Rocersin etimadını da itirmək üzrədir. Şimali irlandiyalı mütəxəsis 2 gün öncə mediaya açıqlama verərək Balotellini tez-tez ehtiyatda saxlayacağını gizlətməmişdi. Mario isə Tvitterdə paylaşdığı şəkilə görə İngiltərə Futbol Federasiyası tərəfindən cəzalandırılmaqla yenidən "intizamsız" imicini qaytarmaq yolunda irəli addım atmışdı.

"La Gazetta dello Sport" nəşrinin yazdığına görə, bu hadisələrdən sonra Balotellinin agenti "İnter"lə əlaqə saxlayaraq danışıqlar aparıb. İddia olunur ki, italyan forvard özü də qərarını verdiyi və İngiltərəni tərk etmək istədiyi barədə ifadələr işlədib. Goal.az İtaliya KİV-lərinə istinadən xəbər verir ki, Balotellinin agenti Mino Rayola "İnter" rəhbərliyinə futbolçunun xidmətlərini təklif edib.

Qeyd edək ki, karyerasına "İnter"də başlamasına rəğmən, Balotelli həm də "nerazzuri"nin əzəli rəqibi "Milan"ın fanatıdır. Mario məhz 1 mövsüm şərəfini qoruduğu "Milan"dan "Liverpul"a keçmişdi. Bu səbəbdən "İnter"in ultras fanatları Balotellinin kluba qayıtmasına ciddi etiraz edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.