İdman

""Fənərbağça" düzgün taktika seçmişdi"

19 Oktyabr 2014 15:56
0 Şərh     Baxış: 1 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İstanbul derbisində əzəli rəqibi "Fənərbağça"ni qəbul edən "Qalatasaray" Sneyderin son dəqiqələrdə vurduğu 2 qolla qələbəni bayram etdi. Milli.Az goal.az-a istinadən xəbər verir ki, NTV Spor kanalında futbol şərhçisi kimi çalışan "Cim bom"un keçmiş futbolçusu Hasan Şaş komandanın çıxışını tənqid edib.

"Qalatasaray" oyunu 6-0 başa vura bilərdi, amma irəli atılmadı. Futbolçuların hamısı ilk hissənin bitməsini istəyirdi. Sneyder 88 və 91-ci dəqiqələrdə qol vurdu və oyunu qalib başa vurdular. Hücumdakı futbolçuları rahatlıq vermək üçün güclü müdafiə xətti olmalıdır. İsmail Kartal "Fənərbağça"nin taktikasını yaxşı seçmişdi. "Qalatasaray" rəqibinə 40 dəqiqə təzyiq edə bilmədi".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.