"Levante" dünən La Liqanın 8-ci turu çərçivəsində "Real Madrid"ə 0-5 hesabı ilə məğlub olaraq 5 xalla təhlükəli zonada qərarlaşıb. "Barcelona"nın ardından "Real"a da öz meydanında 5 cavabsız topla yenilən Valensiya təmsilçisinin məşqçisi Xose Luis Mendilbar oyundan sonra fikilərini bölüşüb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mendilbar "kral klubu"na müqavimət göstərməyin imkansız olduğunu qeyd edib:
"Rəqib asan qələbə qazandı. Amma "Real"ın yüksək səviyyəli klub olduğunu nəzərə almaq lazımdır. Bizim də onlar kimi qol vurmaq şanslarımız oldu. Amma ikinci qoldan sonra oynamaq çətinləşdi. "Real Madrid" güclü, sürətli və texnikalı komandadır. İkinci dövrəyə qədər böyük klublara qarşı heç nə edə bilməyəcəyik. Liqada xal ala biləcəyimiz digər rəqiblər var. Çempionluğa oynayan klublar dayanmır. Madrid təmsilçisinin heyətində zədəli futbolçular olsa da, onlar yenə də bizi məhv etdi".
Mendilbar böyük hesablı məğlubiyyətə baxmayaraq pozitiv məqamları da vurğulayıb.
"25-30 dəqiqə yaxşı təsir bağışladıq. Pedro Lopez ən yaxşı oyununu keçirdi. Komandam yaxşı çıxış etməyə çalışdı. Lakin "Real Madrid" əks-hücumlara çıxanda istənilən rəqibə çox çətin olur. Fasilədən sonra daha sakit və səhvsiz oynamaq lazım idi. Hesab 0:3 olanda topu özümüzdə saxlamalıydıq. "Levante" hazırki durumdan çıxmağa qadirdir. Son üçlükdə olsaq da, biz birlikdə güclüyük. Uğursuzluq zolağından çıxmaq zəruridir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Məcburi köçkünlük dövründə Şuşa həsrəti həmişə ürəyimizdə olub - Şuşa sakini
- Dneprdə güclü partlayış baş verib
- AB üçün əsas təhlükə Rusiya deyil - Orban
- Daha 15 ailə Şuşaya qayıdır - FOTOlar
- Mütəxəssis satışdakı suları ifşa etdi: Keyfiyyətlisini necə seçək?
- Erməni qoşunları buna görə hələ də sərhəddədir – Asryan
- Bu il güclü qasırğalar ola bilər - Xəbərdarlıq
- Rusiya ordusu öz ərazisinə 3 aviabomba atdı
- Başgicəllənməsi ilə başlayan təhlükəli xəstəlik – Yaşıl çay içmək vəziyyəti pisləşdirə bilər
- İsraildən Hizbullaha növbəti zərbə...
- Zeynəblə Serkay eşq yaşayır
- Fransada çeçenlərə qarşı əməliyyat keçirildi
- Rus aktyor xarici agent elan edildi
- Niderlandda kişi təyyarənin işlək mühərrikinə düşdü
- Ən gözəl gözləri olan 5 BÜRC
- Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu
- Model brendin reklamında sinəsini nümayiş etdirdi - FOTO
- 12 yaşına qədər uşaqlar ön oturacaqda əyləşə bilərlər? - VİDEO
- ABŞ Rusiyaya zərbə endirilməsinə icazə verəcəkmi?
- Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur?
- Amerikanın ən varlı məşhur qadınları onlardır - Siyahı
- Aparıcıya 2 saata 15 min verirlər: bəs, bir operanın qonorarı?
- Tez arıqlamaq üçün bu kokteyli hazırlayın
- Atlar niyə ayaq üstə yatır? - MARAQLI FAKT