2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində üçüncü görüşünü bu gün Xorvatiyaya qarşı keçirəcək Azərbaycan millisinin start heyəti müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts Osiyekdə baş tutacaq qarşılaşmada meydana müdafiəyəmeylli heyət buraxacaq.
Almaniyalı mütəxəssis oktyabrın 10-da İtaliya ilə Palermodakı matçla müqayisədə ilk "11-lik"də cəmi 2 dəyişiklik edib.
Mərhələnin ilk iki oyununda Bolqarıstan və İtaliyaya eyni - 1:2 hesabı ilə uduzan komandamız bu dəfə arxa xəttə daha çox diqqət ayıracaq. Foqts son görüşdə kobud səhvləri ilə yadda qalan qapıçı Kamran Ağayevin önündə 5 müdafiəçidən ibarət sədd qurmağı lazım bilib.
Cəzası başa çatan Maksim Medvedev sağ cinahdakı mövqeyinə qayıdıb. Cari seçmə mərhələdə ilk görüşünə çıxacaq müdafiəçi İlkin Qırtımovu heyətdən sıxışdırıb. Müdafiənin solu yenə Elnur Allahverdiyevə tapşırılıb. Mərkəzdə İtaliya ilə matçdakı kimi qərarlaşacaq Rəşad Sadıqovla Bədavi Hüseynova Rasim Ramaldanov da qoşulub. Bu üç mərkəz müdafiəçilərindən birinin isə Rusiya ilə yoldaşlıq oyununda olduğu kimi, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edəcəyi istisna deyil.
Meydanın mərkəzində rəqib hücumlarını zərərsizləşdirəcək Qara Qarayevlə Rahid Əmirquliyevin də yeri toxunulmaz qalıb. Yarımmüdafiənin cinahlarında Araz Abdullayevlə Dmitri Nazarov mübarizə aparacaqlar. Hücumda isə yığmamız bu dəfə 1 futbolçu ilə çıxış edəcək.
Uzun müddət Rauf Əliyevlə Rüfət Dadaşov cütlüyünə güvənən Foqts bu dəfə sonuncunu ehtiyatda saxlamaqla, onun yerinə Ramaldanova şans verməyi lazım bilib.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- Dünya ölkələrinin təəccübləndirən qadağaları
- Rusiyada elektrik qatarında yanğın oldu
- İlk gündə 3 medal - FOTO
- Əfv sərəncamı 2 saylı cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB - FOTO
- Kanndakı geyimini kələmə bənzətdilər - FOTOlar
- Mavritaniya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb
- Kuba Prezidenti Azərbaycan liderini təbrik edib
- "Televiziyadan eşitdim ki..." - Oğlu əfv olunan ana
- Mövsümə "Azərsun Arena"da yekun vurulacaq
- "Çoxlarının həzmində problem var" - Zaurdan ATMACA - VİDEO
- Rollar sağlamlığımıza ziyandırmı?
- Yas yerində fırıldaqçı MOLLA - VİDEO
- Ərinin birinci arvadını öldürən qadın azadlıqda - FOTO
- Evlilik təklifnin 3 orijinal yolu: Cavabında mütləq "bəli" eşidəcəksiniz
- Həftənin ilk iş gününün HAVASI
- Baş nazir Prezidenti vətənə xəyanətdə ittiham etdi
- Bakıda şadlıq sarayında müğənninin 3200 manatlıq telefonu OĞURLANDI
- Bakının gecə klubunu xatırladan yolları - VİDEO
- "Milan" autsayderlə bacarmadı
- Teymurun Osmanlı sultanına amansız davranışı: Əsir götürdü, xanımını isə... - FOTO
- Xramçay və Ağstafaçay daşdı - bəzi əraziləri su basıb
- Cənubi Afrika lideri Azərbaycan Prezidentini təbrik edib
- Malta Prezidenti İlham Əliyevi təbrik etdi
- "Koronanı mənə keçirmə" - Təranə onu öpən Musaya ƏSƏBİLƏŞDİ - VİDEO