İdman

"Məğlubiyyətə görə futbolçulara təzyiq olunmamalıdır"

13 Oktyabr 2014 19:41
0 Şərh     Baxış: 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Avro-2016"nın seçmə mərhələsində səfərdə Polşaya məğlub olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv komandasının hazırkı durumu haqda danışıb.

Qol.az-ın məlumatına görə, təcrübəli mütəxəssis BBC-yə açıqlamasında məğlub olduqları üçün futbolçulara təzyiq edilməməsinin vacibliyini vurğulayıb:

"Polşa məğlubiyyətinə görə futbolçulara təzyiq olunmamalıdır. Çünki bu, onların sonrakı çıxışlarına da mənfi təsir göstərə bilər. Komandada gərginlik hiss olunur. Ancaq atmosfer yaxşıdır. Müdafiəçilərə maksimum vaxt vermək lazımdır. Filip Lam kimi futbolçunu qısa zamanda əvəzləmək mümkün deyil".

Qeyd edək ki, son dünya çempionatının qalibi olan Almaniya millisi "Avro-2016"nın seçmə mərhələsində səfərdə Polşaya 0:2 hesabı ilə uduzub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.