İdman

"Azərbaycanla oyunda diqqətli olmalıyıq"

13 Oktyabr 2014 11:45
0 Şərh     Baxış: 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan millisini taktiki cəhətdən incələmişik. Amma bu haqda burada danışmaq istəmirəm. Oteldə futbolçularıma bu barədə öz fikirlərimi çatdıracağam".
 

Milli.Az-ın apasport.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri Xorvatiya millisinin baş məqşçisi Niko Kovaç "Avro-2016"nın seçmə mərhələsində millimizlə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Azərbaycanda oynayan futbolçularla əlaqə saxladığını bildirib:
"Sadəcə olaraq sizin yığmanın son oyunlarına baxmışam. Buna əsasən yığmanız haqqında məlumat toplamışam. Berti Foqtsla Sankt-Peterburqda keçirilən FİFA-nın son konqresində üz-üzə gəlmişik. Onunla yaxşı görüşümüz oldu. Foqtsla söhbət etdik. Onunla Azərbaycan futbolunun indiki durumu haqqında danışdıq".

Kovaç millimizin əks-hücumlarda təhlükəli ola biləcəyini qeyd edib: "Azərbaycan yaxşı müdafiə olunmağı bacarır. Bizi əks-hücumlarda yaxalamağa çalışacaqlar. Ona görə də diqqətli olmalıyıq. Berti Foqtsun sözlərinə mən də qatılıram. 2 gündən bir oyun keçirmək bizim üçün də ağırdır. Amma buna öyrəşməliyik. Biz bu 2 oyundan 6 xal götürməyi qarşımıza məqsəd kimi qoymuşduq. Azərbaycanla oyun yeni bir matçdır. Bolqarıstanla matçı unudub sabahkı oyuna köklənməliyk".

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.