İdman

"Qarabağ"ın yeni ulduzu danışdı

13 Oktyabr 2014 11:24
0 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Azərbaycan çempionatına baxmamışdım, heç nədən xəbərim yox idi. Amma təklif gələndə o dəqiqə "yox-yox" da demədim. Maraqlandım, Bakını internetdə axtarıb tapdım. Baxıb gördüm ki, gedəcəyim şəhər kifayət qədər gözəldir. Sonra da komanda ilə maraqlandım".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi İnnosent Emeqara Ağdam klubuna keçidi haqda danışarkən deyib.

Klubun rəsmi saytına danışan isveçrəli hücumçu "Qarabağ"a keçidindən məmnun qaldığını bildirib: ""Qarabağ"ın gözlədiyimdən də uğurlu komanda olduğunu bildim. Mənə təzə təklif göndərmişdilər ki, Avroliqada qrup mərhələsinə düşdülər. Təəssüf ki, Avroliqada oynaya bilməyəcəm. Üzvü olduğum komandanın belə bir turnirdə iştirakı da mənimçün müsbət haldır. Karyeram üçün əsas odur ki, "Qarabağ" öz ölkəsində də iddialıdır və mənim də titul qazanmaq imkanım var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.