İdman

Azərbaycan çempionatı qalmaqalla başladı

25 Sentyabr 2014 17:40
0 Şərh     Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə Azərbaycan çempionatı qalmaqalla başlayıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün start götürən yeni mövsümün ilk oyun günündə iki qarşılaşma keçirilib.
  

Çempionatın ilk görüşündə son illərin dəyişməz çempionu "Araz" "Qarabağ veteranları" ilə görüşüb. Bir tərəfin aşkar üstünlüyü ilə keçən görüşdə Naxçıvan təmsilçisi 11:1 hesabı ilə qalib gəlib.
  

İkinci oyun isə bərabər səviyyəli rəqiblə arasında keçirilib. "Fənər" "Xəzər İslands"a çətinliklə qalib gəlib - 4:3. Lakin birincilər matçın başa çatmasına görə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundova minnətdar olmalıdı. Çünki məhz onun köməyi ilə qarşılaşma sonadək davam edib.
  

Belə ki, matç boyu hakimlikdən narazılıq edən "Xəzər İslands"ın baş məşqçisi Elnur Qəmbərov oyun başa çatmamış futzalçılarına meydanı tərk etməyi tapşırıb. Hakimliyə bu cür etiraz federasiya prezidentinin gözü qarşısında baş verdiyindən Axundov məsələyə müdaxiləni zəruri sayıb və matç final fitinədək davam edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.