İdman

FIFA qərarını noyabra saxladı

25 Sentyabr 2014 13:44
0 Şərh     Baxış: 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2018 və 2022-ci illərdə dünya çempionatlarının sahiblərinin seçimi ilə bağlı ilk rəsmi izahatları noyabrdan tez gözləməyə dəyməz. Bunu FİFA-nın Etika Komitəsinin sədri Hans-Yoahim Ekert bəyan edib. Trend bu barədə "İnterfaks"a istinadən xəbər yayıb.
 

goal.com saytı Ekertdən sitat gətirir: "Hər halda noyabrın əvvəlində biz mövqeyimizlə bağlı ilk rəsmi bəyanatımızı verə biləcəyik. Əgər işin araşdırıcısı Maykl Qarsiya qərara alsa ki, korrupsiyada şübhəli bilinənlər üzərində arbitraj prosesinə başlamaq zəruridir, onda biz onu mütləq təşkil edəcəyik".
 

Qeyd edək ki, FIFA KİV-də İcraiyyə Komitəsinin üzvlərinin pulla ələ alınması ilə bağlı iddiaların meydana çıxmasından sonra DÇ-2018 (Rusiya) və DÇ-2022-yə (Qətər) ev sahibliyi edəcək ölkələrin seçkisinin araşdırılmasına təşəbbüs göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.