İdman

Məşhur britaniyalı futbolçu pendir oğurluğunda ittiham edilir

25 Sentyabr 2014 13:05
0 Şərh     Baxış: 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın Surrey qraflığının Ueybric şəhərinin polisi Londonun "Kuinz Park Reyncers" futbol klubunu müdafiəçisi Stiven Kolkeri pendir oğurluğunda şübhəli bilərək saxlayıb. Trend xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
 

"Tesco" supermarketində baş verən insidentə səbəb idmançı tərəfindən alınmış malın pulunun ödənişi ilə bağlı qarışıqlıq olub.
 

Anlaşmazlıq üzündən mağazanın personalı belə qərara gəlib ki, Kolker "Filadelfiya" pendir qablaşdırmasını oğurlayıb. Satıcılar polis çağırıblar. Hadisə yerinə gəlmiş asayiş keşikçiləri 22 yaşlı futbolçunun əllərini qandallayıblar.
 

Hadisənin təsadüfi şahidləri danışırlar ki, Kolker sarsılmış vəziyyətdə idi və polislə getməyə razılıq vermirdi. İdmançı heç bir qanunsuzluğa yol vermədiyini təkrarlayırmış.
 

Günahı təsdiqlənmədiyindən futbolçu saxlandıqdan dərhal sonra buraxılıb. Polis baş verənləri anlaşılmazlıq adlandırıb.
 

Qeyd edək ki, Kolker bu yay "Kardiff Siti"dən "Kuinz Park Reyncers" futbol klubuna keçib. Onun maaşı həftədə 40 min funt (65 min dollar) təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.