İdman

Roberto Karlos, Samba və Yaya Tureni nə birləşdirir?

25 Sentyabr 2014 14:29
0 Şərh     Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya premyer Liqasında 3 gün əvvəl keçirilən "Torpedo"- "Dinamo Moskva" (1:3) oyununda birincilərin müdafiəçisi Kristofer Samba ikinci hissədə meydana çıxmaqdan imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun baş məşqçisi Stanislav Çerçesov bunu futbolçunun zədələnməsi ilə əlaqələndirsə də, bunun dezinformasiya olduğu aydınlaşıb. Belə ki, klubun vitse-prezidenti Gennadi Solovyov Sambanın məhz irqçi ifadələrə məruz qaldığı üçün bu addımı atdığını bildirib.
 

Xatırladaq ki, konqo əsilli futbolçu 2013-cü ildə "Anji"də çıxış edərkən də irqçi davranışlara hədəf olmuşdu. O zaman meydana atılan bananı meydandan kənara atmışdı. Məşhur braziliyalı oyunçu Roberto Karlos da 2 dəfə belə halla üzləşmişdi. Son olaraq isə ötən il oktyabrda baş tutan "CSKA" - "Manchester City" oyununda qonaqların yarımmüdafiəçisi Yaya Ture bu cür davranışlara məruz qalmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.