İdman

UEFA "Qarabağ"ın rəqibini cərimələyə bilər

25 Sentyabr 2014 11:35
0 Şərh     Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "İnter"i "Maliyyə fair play" testindən keçirməyə hazırlaşır.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "İnter"lə yanaşı, "Liverpul", "Monako" və "Roma"nın "Maliyyə fair play" qaydalarını pozduğu iddia edilir.

Bununla bağlı UEFA həmin klublara rəsmi bildiriş göndərib. Qitənin ali futbol qurumu sözügedən klublardan maliyyə durumları ilə bağlı yeni sənədlər təqdim etməsini tələb edib.
 

Əgər bu klubların maliyyə qaydalarını pozduğu təsdiqlənərsə, onlar böyük ehtimalla cərimələnəcəklər.

Qeyd edək ki, bundan əvvəl PSJ və "Mançester Siti" transferlərə qaydalarda nəzərdə tutulduğundan çox pul xərcləyərək "Maliyyə fair play" qaydasını pozduqları üçün cərimələniblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.