İdman

Niyə Ronaldu “Real”da, Reynaldo və Kanales Premyer Liqada parlayır?

25 Sentyabr 2014 11:14
4 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyalı futbolçu Kriştianu Ronaldu "Real"da məhsuldar çıxışını davam etdirir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Madrid təmsilçisində orta hesabla hər oyuna 1-dən artıq qol vurur.
  

Belə ki, 2009-cu ildə "Kral klubu"na keçən portuqaliyalı 5 ildə meydana çıxdığı 254 qarşılaşmada 264 dəfə fərqlənib. Bu isə onun məhsuldarlığının 1,04-ə bərabər olmasını göstərir.
 

Müqayisə üçün son iki mövsümdə Topaz Premyer Liqasında bombardir olan futbolçuların göstəricilərinə nəzər salaq. 2013/14 mövsümünün ən məhsuldar oyunçusu Reynaldo "Qarabağ"da keçirdiyi 62 görüşdə 34 qol vurub. Braziliyalının orta məhsuldarlığı 0,55-ə bərabərdi.
  

2012/13 mövsümünün bombardiri Nikolas Kanales isə "Neftçi"də 53 qarşılaşmada 30 qol vurmağı bacarıb. Çilili orta qol sayında (0,57) Reynaldonu qabaqlasa da, Ronaldudan çox geridə qalır. Kriştianu indiki klubunda nümayiş etdirdiyi məhsuldarlıqda Nikolasdan 1,84, Reynaldodan 1,90 dəfə üstündür.
  

Portuqaliyalı qollarından 239-nu Çempionlar Liqası və La Liqada vurub. Digər 25 qol isə digər yarışlara təsadüf edib. Onun 239 qolu ilə bağlı təhlillər də aparılıb. Məlum olub ki, bu toplardan 169-nu sağ, 42-ni sol, 28-i başla vurulub. 197 dəfə cərimə meydanının daxilindən fərqlənən ulduz futbolçu 42 dəfə qapıya yaxınlaşmağa ehtiyac duymayıb. 23 cərimə zərbəsini qola çevirən Ronaldu 44 dəfə penaltidən qapıçılara şans verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.