İdman

Ruslan Qurbanov: ""Neftçi" "Partizan"ı məğlub etməyə borcludur"

27 Avqust 2014 13:03
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin forvardı Ruslan Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Serbiya "Partizan"ına qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb.

Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, o, öncə bunları söyləyib:
 

"Biz ilk oyunda öz səhvlərimiz ucbatından məğlub olduq. Bakıda belə səhvlər buraxmaq olmaz. Azarkeşlərimizin də dəstəyi sayəsində qələbə qazanacağımızı düşünürəm".
 

"Partizan"ı Bakıda məğlub etməyə borcluyuq. Hamı gözəl başa düşür ki, bizi cavab görüşündə ancaq qələbə qane edir. Bunun üçün mübarizə aparacağıq. Ona görə də "Partizan"la oyuna ciddi hazırlaşırıq".
 

"Nikolas Kanaleslə rəqabət? Hər şeyə baş məşqçi qərar verir. Əgər Böyükağa Hacıyev mənim oynamağımı lazım bilməsə, ehtiyat oyunçular skamyasında oturmağa məcburam. Onun işlərinə qarışa bilmərəm. Amma mən qarşıma komandamızın baş məşqçisinin etimadını doğrultmaq məqsədi qoymuşam".
 

"Cavab oyununda bizə böyük azarkeş dəstəyi olacaq. Biz "Partizan"ın qapısına lazım olan qol və ya qolları vura bilərik. Bütün "Neftçi" azarkeşlərini stadiona səsləyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.