İdman

Venger: ""Beşiktaş"la oyunlar asan olmayacaq"

18 Avqust 2014 17:08
0 Şərh     Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Arsenal" klubunun baş məşqçisi Arsen Venger Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Beşiktaş"la oyun haqda danışıb.


Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis "Daily Mail"ə açıqlamasında "Beşiktaş"la oyunların onlar üçün asan keçməyəcəyini bildirib:


"Biz istənilən mübarizəyə hazırıq və yenidən Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirik. Bu mənada "Beşiktaş"la oyunlar bizim üçün çox vacibdir. Əsas hədəfimiz qrup mərhələsində oynamaqdır. Ancaq "Beşiktaş"la görüşlərimiz asan olmayacaq".


 Qeyd edək ki, "Beşiktaş" və "Arsenal" komandaları arasında ilk oyun sabah Türkiyədə, cavab qarşılaşması isə avqustun 27-də Londonda keçiriləcək.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.