İdman

Azərbaycanın velosiped komandası Çexiyada yarışıb - FOTO

18 Avqust 2014 12:02
0 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Çexiyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük "Královéhradeckého Kraje" Qran-Prisi keçirilib. Yarışda Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku"nun 6 üzvü - Tural İsgəndərov, Maksim Averin, Markus Eybeger, Daniel Klemme, Maykl ŞvayzerYan Sokol da çıxış edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, 178 km-lik mübarizənin yekunu olaraq komanda üzvlərimizdən ən yüksək göstəriciyə Markus Eybeger imza atıb - o, yürüş qalibindən 4 dəqiqə, 5 saniyə geri qalmaqla starta çıxan 134 velosipedçi arasında 14-cü olub. Maykl Şvayzer və Tural İsgəndərov finiş xəttini eyni anda - müvafiq olaraq 45-46-ci yerdə keçiblər.

Yeri gəlmişkən, güclü yağış səbəbindən starta çıxan velosipedçilərin yarıdan çoxu - düz 74 nəfəri finiş xəttini keçə bilməyib və mübarizəni yarımçıq dayandırıb.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.