İdman

Adolf Hütter: ""Qarabağ"ı qələbə münasibətilə təbrik etmək istəyirəm"

30 İyul 2014 23:18
0 Şərh     Baxış: 1 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avstriya çempionu "Zalsburq"un baş məşqçisi Adolf Hütter UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, o, komandasının 1:2 hesablı məğlubiyyətini belə şərh edib:

"Qarabağ"ı qələbə münasibətilə təbrik etmək istəyirəm. Onlar xarakter nümayiş etdirdilər. İkinci hissədə bizim bir neçə təhlükəli qol vəziyyətlərimiz oldu. Amma biz bir qoldan artığını vura bilmədik. Reynaldo isə bizi bədxərcliliyimizə görə cəzalandırdı. Bizim hədəfimiz dəyişməz olaraq qalır - ÇL-in qrup mərhələsinə düşmək istəyirik.

Birinci hissədəki oyunumuzdan narazı qaldım. İkinci yarıda isə daha yaxşı oynadıq.

Hakimlik? Bu haqda danışmaq istəmirəm. Reynaldonun qırmızı vərəqəsi? Əlbəttə, onun cavab görüşündə yoxluğu bizim üçün üstünlük olacaq. Amma bizdə də itkilər var".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.