İdman

"Land of fire Azerbaijan"ın "şeytan"a gözü düşdü

30 İyul 2014 16:56
2 Şərh     Baxış: 1 155
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone yeni transfer hədəfini açıqlayıb.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis "Mançester Yunayted"in hücumçusu Xavyer Hernandezi komandaya cəlb etmək istəyir.
 

Madrid təmsilçisi bu transfer üçün qarşı tərəfə 15 milyon avro təklif edib. Lakin "Çiçarito" ləqəbli futbolçu ilə "Arsenal" və "Nyukasl" klubları da yaxından maraqlanır. Bununla belə, meksikalı futbolçunun La Liqada oynamaq istədiyi bildirilir.
 

Qeyd edək ki, 2010-cu ildən "Mançester Yunayted"də çıxış edən 26 yaşlı futbolçu keçirdiyi 152 oyunda 59 qola imza atıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.