İdman

"Qarabağ"a inanın, inanmaq uğurun yarısıdır"

30 İyul 2014 13:45
2 Şərh     Baxış: 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" bu gün Çempionlar Liqasında "Zalsburq"a (Avstriya) qarşı keçiriləcək oyunda azarkeşlərdən güclü dəstək gözləyir.
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  klubun direktoru Əmrah Çəlikəl "Qarabağ"sevərləri bu gün stadionunun tribunalarını doldurmağa çağırıb.
 

"Biz bu günə qədər uğurlarımızı həm də azarkeşlərimizin dəstəyi ilə qazanmışıq. İnanıram ki, bu gün də belə olacaq. Biz "Zalsburq"la oyunda birliyimizi bütün Avropaya sübut etməliyik.

Ona görə də azarkeşlərimiz bugünkü oyunda doxsan dəqiqə matç izləməməlidir, "Qarabağ"ımıza sonadək dəstək olmalıdırlar. Biz Tofiq Bəhramov adına Respublika stadionunda belə bir atmosferi gözləyirik. Komandamıza inanın. İnanmaq uğurun yarısıdır", - deyə Əmrah Çəlikəl qeyd edib.


Xatırladaq ki, "Qarabağ" - "Zalsburq" oyunu bu gün saat 20:30-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.