İdman

"Zalsburq"un baş məşqçisi: ""Qarabağ" yaxşı komandadır"

30 İyul 2014 13:22
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hazırda biz fiziki və texniki cəhətdən yaxşı durumdayıq. Komandamızın son iki oyunda iki qələbə qazanıb 11 qol vurması məni sevindirir. Amma bütün hallarda arxayınlaşmamalıyıq".
 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Zalsburq"un baş məşqçisi Adi Hütter deyib.

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Bakıda "Qarabağ"la keçirəcəkləri oyun barədə fikirlərini açıqlayan Hütter qeyd edib ki, komandası uğurlu seriyanı yenə davam etdirmək istəyir.

43 yaşlı mütəxəssis Ağdam klubu haqda danışarkən bunları söyləyib: "Qarabağ" yaxşı komandadır. Xüsusən heyətlərində beş braziliyalı legioneri fərqləndirmək istəyirəm. Onlar yaxşı futbolçulardır. Rəqibimiz qısa ötürmələrlə oyuna üstünlük verir".
 

Xatırladaq ki, "Qarabağ" - "Zalsburq" görüşü bu gün saat 20:30-da başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.