İdman

Qurban Qurbanov: "Bizə zaman lazımdır"

30 İyul 2014 11:13
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Biz doğru istiqamətdə irəliləyirik"

"Son dövrlər futbola daha çox diqqət ayrılır və çox yaxşı pul vəsaitləri xərclənilir".

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına müsahibəsində "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov bildirib.

"Futbolçular üçün hər cür şərait yaradılır ki, komfort içində yaşasınlar, ailələrini dolandırsınlar və s. Bəziləri deyirlər ki, bu şərait əvvəllər olsaydı, daha tez inkişafa nail olardıq. Ancaq əvvəl də vəziyyət yaxşı idi. Futbolçuların məşqləri üçün şərait yaradılırdı. Onlar universitetlərə girirdilər, təhsil alırdılar, onlara maşın və ev verilirdi. Sadəcə bu gün futbolun tələbləri ayrıdır. Çox sürətlə inkişaf gedir. Ona görə də daha çox pul qoymaq lazım gəlir", - o əlavə edib.

Onun sözlərinə görə, sovet dövründə İttifaqda ən yaxşı bazalardan biri "Neftçi"nin idisə, bu gün "Bakı", "Xəzər Lənkəran", "Qəbələ" klublarının çox yaxşı təlim-məşq bazaları var. İlin sonuna qədər "Qarabağ"ın da Suraxanıda tikilən bazası istifadəyə veriləcək.

"Millinin uğurlarına gəlincə isə, indi vəziyyət dəyişib. SSRİ dövründə oyunçuları bütün müttəfiq dövlətlərdən yığırdılar. Seçim böyük idi. Bu gün isə yalnız öz futbolçularımızı seçməliyik. Çempionatımız tədricən inkişaf edir. Klublar yaxşı nəticələr göstərirlər, avrokubokların pley-off mərhələsinə çıxırlar. Proses gedir, biz də yaxşı nəticələr göstərməyə çalışırıq. Daha yaxşı nəticələr üçün zaman lazımdır. Bu gün Azərbaycan futbolunda atılan addımlar Avropada onillər öncə atılıb. Bizdə isə hər şeyi anidən etməyi tələb edirlər. Səbrli olmaq lazımdır. Çünki qarşıya qoyulan məqsədə çatmaq üçün keyfiyyətli iş görmək lazımdır", - Qurbanov vurğulayıb.

Futbol mütəxəssisi hesab edir ki, futbolun inkişafı üçün zaman lazımdır.
 
"Bizə zaman lazımdır ki, yaxşı futbolçular yetişdirək, milli çempionatın keyfiyyətini yaxşılaşdıraq. Artıq futbol məktəbləri açılır, idman obyektləri tikilir, xarici mütəxəssislər çağırılır, pul qoyulur. Bir sözlə, biz doğru istiqamətdə irəliləyirik", - "Qarabağ"ın baş məşqçisi sözlərini tamamlayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.