İdman

Dunqa Neymarı hədələdi

30 İyul 2014 09:57
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya yığmasının yeni baş məşqçisi Dunqa sərt açıqlamalar verib. Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis Neymarın "bostanına daş atıb".

O, "Barselona"nın futbolçusunu dolayısı ilə özünü yığışdırmağa çağırıb: "Neymar komandaya oynayacaq, komanda Neymara yox! Millinin düşərgəsində olanda heç bir futbolçuya saçını rəngləməsinə imkan verməyəcəyəm. Milliyə gələnədək, düşərgədən ayrıldıqdan sonra nə etdiklərini özləri bilərlər. Yığmada isə futbol haqda düşünmək lazımdır. Neymar beysbolkada da gələ bilər, kepkasız da. Ancaq baş örtüyü olacaqsa, bu, Braziliya yığmasına aid əşya olmalıdır! Biz meydanda baş verənlər barəsində düşünməliyik".

Qeyd edək ki, son dünya çempionatında Braziliya yığması 4-cü yeri tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.